"Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb" - DİN - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

"Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb" - DİN

Cəmiyyət A- A A+

Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...