Avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs SAXLANILDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs SAXLANILDI

Cəmiyyət A- A A+

Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb.

Ednews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...