Oqtay Əliyevin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Qəza zamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Ednews-un məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş: 

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

Hazırda Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı xəsarət alan Xalq artisti Mehriban Zəki xəstəxanaya yerləşdirilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...