"Porşe" Formula 1-ə qoşulmaqdan imtina etdi - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

"Porşe" Formula 1-ə qoşulmaqdan imtina etdi

Cəmiyyət A- A A+

Məşhur Almaniya avtomobil şirkəti “Porşe” 2026-cı ildə Formula 1 yarışlarına qoşulmaqdan imtina edib. 

Ednews xəbər verir ki, şirkət yalnız cari avtoidman layihələri ilə məşğul olmağı fikirləşir.

Hazırda “Porşe” Formula E və “Le Manın 24 saatı” yarışlarına diqqət ayırmaq istəyir. Buna baxmayaraq, Formula 1 Almaniya şirkətinin maraq dairəsində qalmağa davam edir. Sadəcə, yaxın gələcəkdə hansısa komanda ilə anlaşmaq fikrində deyillər.

Xatırladaq ki, ötən il “Porşe” “Red Bull”la danışıqlar aparsa da, sentyabr ayında Avstriya komandası ilə danışıqlar dayandırılmışdı. Nəticədə, “Red Bull” “Ford”la anlaşmışdı.

Daha sonra “Maklaren” variantı ortaya atılmış, amma burada da tərəflər razılığa gələ bilməmişdi.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...