Narkotiki İran vətəndaşından alıb satmaq istəyən şəxs TUTULDU - FOTOLAR - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Narkotiki İran vətəndaşından alıb satmaq istəyən şəxs TUTULDU - FOTOLAR

Cəmiyyət A- A A+
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Ednews-a verilən məlumata görə, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan “metamfetamin”, “heroin”, “tiryək” və “marixuana” aşkar edilərək götürülüb.
 
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...