Ukrayna media tənzimləyicisi Azərbaycanın AzTV televiziya kanalını xarici televiziya və radio yayımlarının proqramları siyahısına daxil edib.
Ednews xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti Televiziya və Radio Yayımları üzrə Milli Şuranın iclasının yekunları ilə bağlı məlumatında bildirilib.
“Tənzimləyici xarici televiziya və radio təşkilatlarının təkrar yayımlanan verilişlərinin siyahısına dəyişiklik edib. Onu 24 saat Azərbaycan dilində yayımlanan, xəbər və əyləncə kanalı olan Azərbaycan dövlət televiziyası "AzTV" əhatə edir", - deyə məlumatda deyilir.