Azərbaycanda daha bir ZƏLZƏLƏ – Bu dəfə İsmayıllı SİLKƏLƏNDİ - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanda daha bir ZƏLZƏLƏ – Bu dəfə İsmayıllı SİLKƏLƏNDİ

Cəmiyyət A- A A+
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
 
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb. Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.
 
Qeyd edək ki, bu gün səhər saatlarında İranda baş verən 5,6 maqnitudalı zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...