Oqtay Əliyevin SON ARZUSU dostları tərəfindən gerçəkləşəcək - AÇIQLAMA - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Oqtay Əliyevin SON ARZUSU dostları tərəfindən gerçəkləşəcək - AÇIQLAMA

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.  
 
Ednews  xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev "7 canlı" verilişində mərhumun gələcək planlarından danışıb. O bildirib ki, O.Əliyev məşhur "Yeni ulduz" layihəsini etməyi planlaşdırırmış:
 
"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olub. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə gündədir... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.
 
"Yeni ulduz"dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacam. Çünki biz dostları onun bu istəyini həyata keçirəcəyik".
 
Aparıcı Vüsalə Əlizadə də Oqtay Əliyevin son arzusundan danışıb:
 
"Aygün Kazımovanın ad günündə danışdıq. Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq" deyə, aparıcı Vüsalə Əlizadə deyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...