Səhiyyə Nazirliyi oruc tutanlara MÜRACİƏT ETDİ - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Səhiyyə Nazirliyi oruc tutanlara MÜRACİƏT ETDİ

Cəmiyyət A- A A+
Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
 
Ednews  xəbər verir ki, İnstitutun direktoru, professor Gülnaz Dadaşova oruc tutan ürək-damar xəstəliyi olanlara bır sıra tövsiyələr verib: 
 
“Ürək damar sıstemi xəstələrinin nəzərinə! Müqəddəs Ramazan ayında oruc tutub-tutmayacağınızı kardioloqunuza mütləq məsləhət edin! Oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəyinizi həkiminizdən soruşun. Orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı, yetərli maye qəbuluna mütləq diqqət edilməlidir”.
 
Həkim bildirib ki, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlara oruc tutmamalıdırlar:
 
“Həmçinin, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...