FAZİL MUSTAFADAN İRAD - “Azərbaycanda çoxu məsuliyyəti anlamadan oruc tutur” - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

FAZİL MUSTAFADAN İRAD - “Azərbaycanda çoxu məsuliyyəti anlamadan oruc tutur”

Cəmiyyət A- A A+
 
Deputat Fazil Mustafa Azərbaycanda çox insanın məsuliyyəti anlamadan oruc tutduğunu bildirib.
 
Ednews xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
 
 “Oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir”.
 
Onun sözlərinə görə beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur:
 
“Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş, mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz.
 
Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır.  Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!”, - deyə deputat əlavə edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...