Polis Bərdədə əməliyyat keçirdi - 11 nəfər saxlanıldı - FOTOLAR - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Polis Bərdədə əməliyyat keçirdi - 11 nəfər saxlanıldı - FOTOLAR

Cəmiyyət A- A A+
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri əvvəllər məhkum olunmuşlar İlqar Orucov və Vüsal Məmmədov tutulublar.
 
Aparılan müvafiq baxış zamanı İ.Orucovdan 1 kiloqram 110 qram marixuana və V.Məmmədovdan isə külli miqdarda heroin aşkar edilərək götürülüb.
 
Bundan başqa son iki həftə ərzində keçirilən tədbirlərlə daha 9 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılıblar.
 
Bu əməliyyatlar zamanı isə 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
 
Həmin şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...