Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub

Cəmiyyət A- A A+
Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub.
 
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb.
 
Belə ki, 12 ailənin yaşadığı, ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucova məxsus mənzildə yanğın baş verib.
 
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki texnikası cəlb olunub, yanğın söndürülüb və sakinlər binadan təxliyə edilib.
 
İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb. Yanğın zamanı mənzilin sahibi evdə olmayıb.
 
Yanğına elektrik xətlərində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
 
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...