Bayram günlərində neçə şəxs ZƏHƏRLƏNİB? - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Bayram günlərində neçə şəxs ZƏHƏRLƏNİB?

Cəmiyyət A- A A+
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 121 nəfər müraciət edib.
 
Bu bardədə Ednews-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
 
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...