İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTOLAR - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

İranla sərhəddə ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTOLAR

Cəmiyyət A- A A+
Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
 
Bu barədə Ednews-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.
 
Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları, Germi şəhər sakinləri - Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən olunub.
 
Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...