Paytaxtda iş adamının övladı girov götürüldü - Cinayətin DETALLARI - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Paytaxtda iş adamının övladı girov götürüldü - Cinayətin DETALLARI

Cəmiyyət A- A A+
Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirilib, azyaşlı oğlu zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200.000 manat verilməsi tələb olunub. 
 
Bu barədə Ednews-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 
 
Məlumatda qeyd olunur ki, sonradan isə 20.000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub. 
 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
 
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...