Bayramda sərnişindaşımada REKORD GÖSTƏRİCİ - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Bayramda sərnişindaşımada REKORD GÖSTƏRİCİ

Cəmiyyət A- A A+
Koronavirus pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımada rekord göstərici qeydə alınıb.
 
Ednews xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, martın 18-də avtovağzaldan 473 reyslə 15 min 240 sərnişin yola salınıb.
 
Bayram günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 3 qat çox olub.
 
Ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 3455 reys həyata keçirilib, 92 min 925 sərnişin mənzil başına çatdırılıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
 
Qeyd edək ki, martın 15-dən 27-nə kimi respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...