“Elm adamları gənc alimlərin yetişməsində, elmdə yeni dövrün başladılmasında maraqlı deyillər” Deputatdan SƏRT AÇIQLAMA

Cəmiyyət 20:00 27.03.2023

Martın 27-si Azərbaycanda "Elm Günü"dür.

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə hər il qeyd olunan bu tarix Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf edir. 

Azərbaycan elminin cari vəziyyəti, ölkədə elmin inkişafı qarşısında duran maneələr, eləcə də, gənclərin elmə marağı, gənc alimlər üçün yaradılan şərait barədə ekspertlər Ednews-un suallarını cavablandırıb.    
 
Təhsil üzrə ekspert, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyevin sözlərinə görə, bu gün Azərbaycanda elmin inkişafına dövlət büdcəsindən 0,2 faiz vəsait ayırılır. Bu vəsait elmdə nailiyyətlər qazanmağa, yeniliklərə imza atmağa kifayət etmir.   
 
“Elm və təhsilə xərclənən vəsait hər il artırılmalıdır. Bundan əlavə, həmin vəsaitin bir hissəsi gənc alim və tədqiqatçılarımızın xaricdə təcrübə keçməsinə ayırılmalıdır. Hazırda bizdə fundamental təbiət elmləri istiqamətində laboratoriya şəraiti çox zəifdir. Elmi tədqiqatlar aparmaqda çətinliklər yaşanır. Azərbaycanda ali məktəblərdə elm maliyyələşdirilmir, vəsait yalnız tədrisə ayırılır, müəllimlər dərs deməklə kifayətlənir. Bunun nəticəsində də tədqiqatların sferası daralır. Elm və Təhsil Nazirliyinin qarşısında bu mənada vacib məsələlər dayanır. Elmlə təhsil vəhdət təşkil etməli, bu yöndə mühüm addımlar atılmalıdır. Bu da böyük məbləğdə vəsait tələb edir”. 
 
Deputat gənclər arasında elmlə məşğul olanların sayının azaldığını bildirib. O, elmə olan marağın səngiməyinin səbəblərinə də toxunub:
 
“Ölkədə elm sahəsində qocalma prosesi gedir. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan institutların əksəriyyətində yaşı 70-ı haqlamış professorlar fəaliyyət göstərir. Onların təcrübəsindən, uğurlarından təbii ki, Azərbaycan elminin inkişafı üçün istifadə edilməlidir, gənclərin onlardan öyrənəcəyi çox şey var. Lakin professorlarımız gənc alimlərin yetişməsində, elmdə yeni dövrün başladılmasında maraqlı deyillər. Elm nümayəndələri xaricdə qrant layihələrində iştirak etməlidirlər. Elmin inkişafı fondu lazımlı layihələri maliyyələşdirməlidir ki, həmin layihələrin elmə töhfə verəcək tətbiqi nəticələri olsun. AMEA-nın fəlsəfə doktorları və elmlər doktorlarının məvacibləri artırılmalıdır. Əyani formada təhsil alıb tədqiqatla məşğul olan doktorantlara da yüksək təqaüdlər verilməlidir. Aşağı məbləğdə təqaüd alan doktorantlar sosial vəziyyətləri səbəbilə paralel olaraq başqa yerlərdə də iş axtarmaqla məşğul olurlar. Bu da şübhəsiz ki, onların lazımi şəkildə elmi fəaliyyətlə məşğul olmalarına, inkişaf etmələrinə, ölkə elminə töhfə vermələrinə mane olur. Ölkədə doktorantların sayı çox azdır, gənclərimiz elmdən soyuyur. Dövlət səviyyəsində elmə olan diqqət və qayğı artırılmalı, gənc alimlərin sosial rifahının yaxşılaşdırılması üçün əməli addımlar atılmalıdır”.   
 
Doktorantura üzrə təhsil alan Çimnaz İsmayılbəyli ilə də söhbətləşdik. O bildirdi ki, sosial şərtlər gənc alim kimi yetişmək yolunda xeyli əngəllər törədir:
 
“Akademiyada sosial fəlsəfə üzrə əyani doktorluq təhsili alıram. Artıq sonuncu ilimdir. Həftədə üç dəfə akademiyaya gedirəm, bundan əlavə saat hesabı bir neçə universitetdə dərs deyirəm. Təqaüdüm bu ildən etibarən 240 manata qalxıb, əvvəllər 145 manat idi. Əyani təhsil alanlara yalnız təhsil müəssisələrində yarım ştat və ya saat hesabı pedaqoji fəaliyyətlə məşğul olmağa icazə var. Bir dərs saatı 5-6, ən çox 7-8 manat hesablanır. Aydındır ki, bu cür aşağı gəlirlə dolanmaq çox çətin məsələdir. Bunun qarşılığında təhsilimi artırmaq, elmi tədqiqatla məşğul olmaq, əlavə kurslar keçməkçün də heç bir şərait yaradılmır. Universitetlərdə verilən dərs saatları da çox deyil. Maaş da aybaay verilmir, semestrlərə bölünür. Yəni, ümumilikdə aylıq gəlir 400-450 manatdan çox olmur. Ya 3-4 universitetdə birdən işləməlisən, ya da məcbur müqaviləsiz işlərdə çalışmalısan ki, dolana biləsən. Sosial vəziyyətin aşağı olması səbəbindən elmi fəaliyyətlə geniş şəkildə məşğul olmaq da olmur. Belarusiya, Ukrayna, Türkiyə kimi ölkələrdə belə doktorantlar ezamiyyətə göndərilir,  xarici təcrübədən yararlanmaq, yerindəcə tədqiqatlar aparmaq imkanları olur. Bizdə isə təəssüf ki, belə şərait yoxdur”.
 
Biologiya elmləri doktoru, professor Tokay Hüseynov isə qeyd edib ki, ölkədə mövcud olan resurslar elmi tərəqqiyə nail olmaq üçün yetərli deyil:
 
“Elmlər namizədləri, doktorlar arasında geniş müzakirələr aparılmalıdır, ölkəyə ən çox hansı elm sahələrinin gərəkli olduğunu müəyyənləşdirmək və büdcədən elmə ayırılacaq vəsaiti konkret sahələrin inkişafına yatırmaq lazımdır. Hətta postsovet ölkələrində elm Azərbaycanda olduğundan daha çox inkişaf edib. Dövlətin ayırdığı vəsait həm ciddi şəkildə tədqiqatlar aparmağa, həm də elm adamlarının normal təqaüd almalarına imkan vermir. Akademiklərin təqaüdü daha yüksəkdir, qalan vəsait isə düzgün bölüşdürülmür. Qrantlara qaldıqda isə, onu da müəyyən şəxslərin arasında bölürlər, hətta bir nəfərə 3-4 qrant büdcəsi ayırılır. Korrupsiya açıq-aşkar hiss olunur. Ali Attestasiya Komissiyası özü də boğaza qədər korrupsiya içindədir. Elm adamları ölkədə ən az maaş alan kateqoriya şəxslərdəndir. Ona görə də elmimizin bu günkü vəziyyəti acınacaqlıdır. Gənc alimlər, doktorantlar 200-250 manat təqaüd alır. Laborator şərait istənilən vəziyyətdə deyil, avadanlıqlar çatışmır, elmi-tədqiqatlar aparmaqçün müasir imkanlar yoxdur. Bununla hansı tərəqqidən, elmi inkişafdan danışmaq olar?! Elmi bacarığı, istedadı olan gənclərimiz var, onların inkişafı, xarici universitetlərdə geniş bilik və təcrübəyə yiyələnməsi və əldə etdikləri uğurları ölkəmizdə tətbiq etmələrinə şərait yaradılması cəmiyyət üçün, dövlət üçün prioritet olmalıdır”.
 
 
Törə Zeynallı
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı