Sabah dumanlı hava gözlənilir - PROQNOZ - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Sabah dumanlı hava gözlənilir - PROQNOZ

Cəmiyyət A- A A+
Martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Ednews-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir.
 
Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...