Azərbaycanda internet provayderlərinin uçotuna başlanıldı - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanda internet provayderlərinin uçotuna başlanıldı

Cəmiyyət A- A A+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır.
 
Bu barədə Ednews-a İKTA-dan məlumat verilib.
 
Bildirilir ki, “Telekommunikasiya haqqında” Qanunun və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.
 
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına //e-gov.az/az/services/read/3731/ daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.
 
Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.
 
Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...