Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib - FOTOLAR - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 13-17 mart tarixləri ərzində Yevlax və Goranboy rayonları üzrə 7 məcburi köçkün icmasında 7 ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib. 
 
Ednews xəbər verir ki, iştirakçıların sayı: 135 nəfər, o cümlədən: 76 kişi, 69 qadın, 25 gənc olub. Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilib, müvafiq məlumatlar toplanılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
 
Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına töhfə vermək və münaqişədən təsirlənmiş əhalinin normal həyatının bərpa olunmasıdır.
 
1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...