14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu

Cəmiyyət A- A A+
Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb. Ednews Qafqazinfo-ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər. Xatırladaq ki, həmin vaxt bu hadisə ilə bağlı kənddə qarşıdurma baş vermişdi. Sakinlər və qızın qohumları oğlanların ailələrinin Kətəlparaqdan çıxıb getməsini tələb edirdilər. Baş vermiş insident Bərdə Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra aradan qaldırılmışdı.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...