Şəkidə sürücünün səhlənkarlığı “Mercedes”i aşırdı - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Şəkidə sürücünün səhlənkarlığı “Mercedes”i aşırdı

Cəmiyyət A- A A+
Şəkidə sürücünün səhlənkarlığı nəticəsində ağır yol qəzası baş verib. Ednews Bizim.Media-nın yerli bürosuna istinadən xəbər verir ki, yol-nəqliyyat qəzası “çöl yolu” deyilən ərazidə qeydə alınıb. Belə ki, VAZ-21099 markalı avtomobil dönmə qaydalarını kobud şəkildə pozduğundan arxadan sürətlə gələn “Mercedes” markalı avtomobil əvvəlcə VAZ-21099 –a çırpılıb daha sonra yolun kənarındakı bardürlərə dəyərək aşıb. Nəticədə “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin müayinələrlə sürücünün həyatı üçün heç bir təhlükə olmadığından o, evə buraxılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...