Babək prospektində hərəkətin istiqaməti dəyişdirildi - DETALLAR - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Babək prospektində hərəkətin istiqaməti dəyişdirildi - DETALLAR

Cəmiyyət A- A A+
Paytaxtın Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilinə dəyişikliklər olunub.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) Ednews-a bildirilib ki, layihədən əvvəl qeyd olunan kəsişmədə təhlillər aparılaraq bir sıra problemlərin mövcudluğu müəyyən edilib.
 
Belə ki, O.Vəliyev küçəsinin birbaşa əlaqələndirilməməsi buradan keçən ictimai və digər nəqliyyat vasitələrinin izafi yürüşünə və Babək prospektindəki mövcud geriyə dönmə yerlərində sıxlıq hallarının yaranmasına səbəb olurdu. Əsas çətinliklərdən biri isə piyada keçidinin çatışmazlığı idi.
 
Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib. Nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.
 
Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb.
 
Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50 faizə qədər azalıb. Piyadaların təhlükəsizliyi təmin edilib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...