Rayonlarda güclü külək əsir - Faktiki HAVA - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Rayonlarda güclü külək əsir - Faktiki HAVA

Cəmiyyət A- A A+
"Ölkənin bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur". 
 
Bunu Ednews-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib. 
 
O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-ə çatıb: "Saat 10.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir.
 
Yaxın saatlarda isə küləyin maksimal sürətinin 18-23, arabir 25-30 m/s-ə çatacağı gözlənilir.
 
Güclü küləkli hava şəraitinin daha iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə arabir 38 m/s-ə çatacağı ehtimalı var. Aprelin 1-i gündüz saatlarından küləyin sürəti tədricən mülayimləşəcək".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...