DYP əhaliyə müraciət ETDİ - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

DYP əhaliyə müraciət ETDİ

Cəmiyyət A- A A+
Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib. 
 
İdarədən Ednews-a daxil olan müraciətdə deyilir: 
 
“Təəssüf ki, hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir.
 
Mütəxəssislərin bildirdiyinə görə bu gün respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. 
 
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər görülür, “Təmiz hava” aylıqları keçirilir.
 
Priventiv əhəmiyyət kəsb edən belə tədbirlər zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasına xüsusi önəm verilir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...