Azərbaycanlı tələbələr Ermənistanın Britaniyadakı səfirini susdurublar - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanlı tələbələr Ermənistanın Britaniyadakı səfirini susdurublar

Cəmiyyət A- A A+
Azərbaycanlı tələbələr Londonda Ermənistan səfirini ifşa ediblər. Ednews-un xəbərinə görə, “Queen Mary” Universitetində Ermənistanın Britaniyadakı səfirinin iştirakı ilə Qarabağla bağlı tədbir keçirilib. Tədbirdə Ermənistan səfiri tədbir iştirakçılarına Qarabağda gedən proseslərlə bağlı, Xocalı soyqırımı ilə bağlı düzgün olmayan məlumatlar verib. Bu zaman tədbirdə iştirak edən azərbaycanlı tələbələr səfirin sözünü kəsərək, səsləndirilən fikirlərin doğru olmadığını bildirərək onu susdurublar. Qeyd edək ki, bundan öncə ermənipərəst parlamentari Baronessa Koksun tədbirdə iştirakı planlaşdırılsa da, daha sonra azərbaycanlı tələbələr və icma tərəfindən bunun ləğvinə nail olunub. Buna səbəb isə onun anti-müsəlman mövqeyi tutan sağçı qruplarla birbaşa əlaqəsinin ortaya çıxması olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...