“Təcavüz halları ölüm hökmünün tətbiqini zəruri edir” kriminoloqdan SƏRT AÇIQLAMA

Cəmiyyət 20:02 31.03.2023
Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza qarşı cinsi zorakılıq edib video görüntüsünü yayan 3 nəfərin məhkəməsi başa çatıb.
 
Belə ki, kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər iki nəfər  Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib.
 
Azyaşlıya qarşı cinayət törədən şəxslərə yüngül cəzanın verilməsi sosial şəbəkələrdə narazılığa səbəb olub.
 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində zorlama və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Cəzaların sərtləşdirilməsi təcavüz hallarının azalmasına təsir edə bilərmi?  
 
Məsələ ilə bağlı Ednews-a danışan kriminalist Şəmsəddin Əliyevin sözlərinə görə, iqtisadi və sosial baxımdan inkişaf etmiş ölkələrdə belə təcavüz halları qaçınılmazdır. Əksinə, cəmiyyət nə qədər inkişaf edirsə, cinayətlərin dinamikası da bir o qədər artır.
 
“Hətta Cinayət Məcəlləsində ehtiva olunmayan tərkiblərdə cinayətlərin baş verdiyinin şahidi ola bilərik. Zaman-zaman qəsdən törədilən cinayətlər – bunlar ehtiyatsızlıq səbəbilə baş verən cinayətlərdən fərqlidir. Burada cinayətin subyektləri etdikləri əməllərin fərqində olur, nə edəcəklərini öncədən planlayır, buna hazırlıq görür və nəticəsini də bilərək cinayəti törədirlər. Təhlükəli əməlin dərəcəsinə baxın. Demək, şəxs edəcəyi əməli cinayət olduğunu, qanunla məsuliyyətə cəlb olunacağını bilir, amma heç nədən çəkinmir. Qadınlara, azyaşlı qızlara qarşı təcavüzə əl atır, küçədə, liftdə çantalarını, üzərilərindəki qiymətli əşyaları oğurlamaqla soyğunçuluq törədir və daha ağır tərkibli cinayətlər edir. Nə etmək lazımdır ki, bu cinayətləri minimuma endirək? Düşünürəm ki, qəsdən törədilən bütün cinayətlərə qarşı – zorlama, təcavüz, adam öldürmə, xuliqanlıq və s. əməllərə qarşı cəzaların sərtləşdirilməsi labüddür. Bu, cinayətkarların qarşısını almaq üçün bir hədd ola bilər. Müstəsna cəzanın - ölüm hökmünün tətbiqinə zərurət yaranıb artıq".
 
 
Ş.Əliyev onu da bildirib ki, cinayət maddələrində göstərilən həbs müddətlərinin konkretləşdirilməsinə ehtiyac var. Heç bir səbəb qəsdən və ya xüsusi amansızlıqla cinayət törətmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əsas ola bilməz.
 
"Cinayət Məcəlləsindəki qeyri-konkretlik də aradan qaldırılmalıdır. Məsələn, zorlama cinayətlərində 4-8 il müddətində həbs cəza nəzərdə tutulub. Bu dəhliz özü də cinayət törədən insanların cəzasının yüngülləşdirilməsində rol oynayır, onlara bəraət verir, deyə bilərəm. 8 il cəza əvəzinə cinayətkara 5 il cəza verilir. Bu qədər həddə yumşaqlıq olmaz. Cəzanın konkretliyi onun sərtliyini göstərməlidir. Cəzanın konkret həddi müəyyən edilməlidir, aşağı həddi və yuxarı həddi olmalıdır. Cəzaya, müvafiq olaraq, qanunda nəzərdə tutulan aşağı həddən də az müddətdə cəza verilməməlidir. Təbii ki, CM-də yüngülləşdirici hallar var. Ağırlaşdırıcı hallar da var. Lakin, məsələn, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaq varsa, əgər o, cinayəti xüsusi amansızlıqla törədibsə, eləcə də şəxsin köməksiz vəziyyətdə olmasından və ya əqli, fiziki qüsurlu olmasından istifadə edərək törədibsə, onun cəzası yüngülləşdirilməməlidir. Belə hallarda heç bir vəziyyət onun cəzasını yüngülləşdirməkçün əsas ola bilməz. Hakimlər sosial ədaləti qorumalı, belə hallara diqqət etməlidirlər. Cəzanın xofu olmalıdır, çəkindirmə qüvvəsi olmalıdır. Cəzanın xofu yoxdursa, qanunla müəyyən edilmiş cəza şəxsi cinayət törətməkdən çəkindirmirsə, həmin cəzanın heç bir effekti yoxdur, demək. Düşünəndə ki, onsuz da ölüm hökmü yoxdur, 4-5 ilə azadlığa çıxacağam, ya da himayəmdə azyaşlı var, mənə sərt cəza verilməz, ailəni dolandıran yeganə adamam – o zaman ortada şəxsi cinayət törətməkdən çəkindirən bir şey qalmır. Azərbaycan Dövləti Konstitusiyada da qeyd olunduğu kimi, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməli, onların hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşın hüququnu qorumağın yolu, həm də ona qarşı cinayət törədən digər vətəndaşı layiqincə cəzalandırmaqdan keçir. Bunu kriminologiya elmi deyir. Təcavüzlər, qəsdən adam öldürmələr cəmiyyətdə ola biləcək hallardır. Amma necə edək ki, bunların sayı artmasın, bax, düşünməli olduğumuz ciddi məqam budur".
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı