ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirdi - FOTOLAR - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirdi - FOTOLAR

Cəmiyyət A- A A+

Martın 31-də "ASAN Könüllüləri" Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib. 

Bu barədə Ednews-a qurumdan məlumat verilib. 

Bildirilib ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü il ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub. 
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər. 

 

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...