Azərbaycan tanınmış səyahət platformasının "TOP-10"luğunda - FOTOLAR - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan tanınmış səyahət platformasının "TOP-10"luğunda - FOTOLAR

Cəmiyyət A- A A+
Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb. 
Ednews  xəbər verir ki, platforma tərəfindən tərtib edilmiş siyahı 2022-ci il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır. 
 
Belə ki, platformanın veb-saytındakı “Dünya üzrə trend məkanlar” bölməsində dünyanın 25 fərqli ölkəsinin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşır
 
(//bit.ly/3MnrXkn) 
 
İlk onluqda 2021-ci illə müqayisədə 2022-ci ildə ən çox axtarış edilən ölkələr yer alıb. 
 
Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir. 
 
Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər. 
 
Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...