Narkotikin aşırı dozasından 980 nəfər ÖLÜB - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Narkotikin aşırı dozasından 980 nəfər ÖLÜB

Cəmiyyət A- A A+
Son 7 il (2016-2022) ərzində narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 980 nəfər olub. 
 
ednews xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb. 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-ci il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər təşkil edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...