Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI

Cəmiyyət A- A A+

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ednews-a verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. 

Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən Q.Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. 

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...