Media subyektlərinin vergidən azad edilməsi nələri dəyişdirəcək? Rəşad Məciddən MÜNASİBƏT

Cəmiyyət 12:08 03.04.2023

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda media subyektlərinin vergidən azad edilməsi ilə bağlı fərman imzalayıb. Dövlət başçısı mətbuat orqanlarının vergilərdən azaj edilməsi ilə bağlı bir qədər əvvəl Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Eləcə də prezident Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı öz fərmanında dəyişiklik edib.

İmzalanan sənədlərə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.

Fərmanla bağlı Ednews-a danışan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsinə münasibət bildirib.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqlədi. Bu qanunla audiovizual media istisna olmaqla digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri və müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, eləcə də istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Media cameəsinin gözləntilərini doğruldan və günün tələblərinə adekvat olan dəyişiklik, hesab edirəm ki, bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq".

R.Məcidin sözlərinə görə, bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini və müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. 

“Bu, həm də media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir. Onu da qeyd etmək lazımdır ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Son illər bu sahəyə dəstək məqsədilə atılan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşrilə bağlı qəzet kağızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin bu siyasətinin davamlı xarakter daşıdığının göstəricisidir".

Mətbuat Şurasının sədri medianın inkişafı üçün atılan bu addıma görə dövlət başçısına təşəkkürünü bildirib:

"Vergi Məcəlləsində edilmiş bu dəyişiklik müəyyən mənada həm də Azərbaycan Prezidentinin hələ ötən il təsdiqlədiyi “Media haqqında” qanundan qaynaqlanır. Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması müddəası yer alır. Bu, eyni zamanda jurnalist peşəsinin ictimai həyatımızdakı mənəvi statusunun güclənməsinə dəstəkdir.

Güclü medianın informasiyalı cəmiyyətin əsas elementlərindən biri sayıldığını nəzərə alsaq, müasir dövrdə jurnalistikanın dövlət idarəçiliyində, cəmiyyət həyatında nə qədər müstəsna əhəmiyyət daşıdığı aydın olar. Bu mənada Azərbaycan dövlətinin ölkəmizdə medianın inkişafı istiqamətində atdığı bu ardıcıl addımlar birmənalı olaraq alqışlanmalı və təqdir edilməlidir. Neçə illərdən bəri belə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıldığına görə dövlətimizin başçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı