Yevlax rayonuna dolu yağıb.
Ednews xəbər verir ki, 10 dəqiqədən artıq yağan dolu yağışı meyvə bağlarına, təsərrüfat sahələrinə ziyan vurması ehtimal olunur.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək, 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.