İslamda qadın peyğəmbər olub? İlahiyyatçıdan AÇIQLAMA

Cəmiyyət 11:31 27.04.2023

Qadın peyğəmbərlərin olması barədə açıqlamasında ilahiyyatçı Elşad Miri deyib ki, 124 min peyğəmbərdən yəni biri də qadın olmayıb? Təbii ki, olub, lakin bu gün bəzi məşhur din xadimlərinin Qurandakı ayələri insanlara yanlış tərcümə etməsi insanlarda belə düşüncələrin yaranmasına səbəb olub.

Mövzu ilə bağlı Ednews-a münasibət bildirən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qadınların rolu və əhəmiyyəti böyükdür. Müqəddəs Quranda qadına böyük ehtiram var. Bir neçə qadından bəhs edilir, ya adı çəkilir, ya adına surə var, ya da üstünlüyündən bəhs edilir. İlk insan olan, eyni zamanda ilk peyğəmbər olan Həzrət Adəmin həyat yoldaşı Həvva xanım haqqında, Fironun həyat yoldaşı Asiyə xatun haqqında, Həzrət Fatimə haqqında ayələr var, Həzrət Məryəmin adına surə var. Allah ona vəhy etdiyini qeyd edir:

“Peyğəmbərlik bir missiyadır. Özü də çox çətin missiyadır. Allah bu ağır yükü incə, həssas varlıq olan qadına yükləməməklə qadını kişidən üstün tutmuşdur. Peyğəmbərlərə insanlar ağır işgəncələr verib, onları təhqir ediblər, həbs ediblər, bəzən qətlə yetiriblər və. s. Allah qadını bu ağır missiya ilə üz üzə qoymamışdır. Qadınlardan peyğəmbər olmaması qadının hüququnun kişidən aşağı olması demək deyil. Əksinə qadının ağır yük altına qoyulmamasıdır. Əksinə qadını üstün tutmaqdır. Həzrət Məryəm peyğəmbər olmasa da belə Allah ona vəhy etdiyini vurğulayır. Yəni, onunla danışdığını qeyd edir. Demək qadınlar peyğəmbər olmasa da belə peyğəmbərə xas olan üstünlüklərə malik olublar. Sanki onların rütbəsi olub, ancaq vəzifəsi olmayıb. Çünki vəzifə məsuliyyətdir. Allah qadınları bu ağır məsuliyyətdən azad edib”.

İlahiyyatçının sözlərinə görə, bəziləri Quran ayələrini hərfi mənada yozurlar, əsrlər əvvəl yazılmış təsirləri görməzdən gəlirlər. Yaxud indiyəcən gəlib keçmiş filosofları, alimləri nadan hesab edib, guya özlərinin Quranı düzgün anladıqlarını sübut etməyə çalışırlar:

“Sanki 1400 ildir heç kəs Quranı düz anlamayıb, təkcə bu adamlar başa düşüblər. Bu çox gülüncdür. Quranda otuza yaxın peyğəmbərin adı çəkilir, haqqında bəhs olunur. Onlardan heç biri qadın deyil. Əgər qadın peyğəmbər olası olsa idi, ilk insan və ilk peyğəmbər olan Adəmin həyat yoldaşı Həvva olardı. Çünki məntiqlə bu belə olmalı idi. Qadın peyğəmbər olmasına ehtiyac olmayıb. Bu mövzuda təhrif olunmuş dini kitablara istinad etmək də yanlışdır. Yeganə təhrif olunmamış səmavi kitab Qurandır. Bunu elm də, din də sübut edir. Ona görə başqa mənbələrdə olan yanıldıcı fikirləri İslama qatmaq olmaz.

Peyğəmbərlik elə bir missiyadır ki, o vəzifədə vasilə olmamalıdır. Gecə-gündüz insanların qulluğunda olmalıdır peyğəmbər. Biz bu nümunəni peyğəmbərlərin hamısının həyatında görürük. Ancaq qadınlara məxsus müəyyən hallar var ki, o zaman onlar ibadət edə bilməzlər. Peyğəmbər ibadətdə insanalara rəhbərlik etməlidir. Həmin halda olan qadın peyğəmbər nə etməli idi? Deməli idi ki, camaat bir həftə gözləsin, ondan sonra namaza imamlıq edə biləcək? Hamiləlik, doğum zamanı, süd vermə dövründə qadın peyğəmbərin fəaliyyətində fasilə yaranmış olacaqdı. Qədim dövrlərdə qadına münasibət daha aşağı idi. Əgər qadın peyğəmbərin namusuna təcavüz etsəydilər, o qadının isməti ilə yanaşı peyğəmbərlik mənsəbi ləkələnərdi, qadının dəyəri, qiyməti daha da enərdi. Bir çox xüsuslar var ki, qadının peyğəmbər olmamasını labüd edir.

Peyğəmbərlər bəzən qoşuna başçılıq edib savaşa girməli olublar. Qadının qoşuna başçılıq etməsi, müharibə aparması qadının incə ruhuna, nəcibliyinə qabalıq, sərtlik qata bilərdi.

Qadınlara peyğəmbərlik verməməklə Allah təala onları böyük bir ağır yükdən azad etmiş, onları mələklərlə bərabər tutmuşdur. Çünki mələklərdən də peyğəmbər olmur”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı