Dünən Tərtərdə mina partlaması nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini dərin hüznlə öyrəndik.
Ednews xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tvitter hesabında yazıb.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizləmə səylərində Azərbaycana qəti dəstəyini davam etdirəcək", - deyə o bildirib.