“Avropalı həmkarlar çox yaxşı bilirlər ki, Orta Dəhliz təkcə böhranlar üçün istifadə olunmur”.
Ednews xəbər verir ki, bunu "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. O, qeyd edib ki, son 10 ildə biz bəzi ölkələri Orta Dəhlizin çox vacib olduğuna inandıra bilmədik.
“Təəssüflər olsun ki, bu dəhlizin əhəmiyyəti məhz münaqişə səbəbindən artıb. Orta Dəhlizin əhəmiyyəti daha da artır. Digər mühüm layihə Zəngəzur dəhlizidir. Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra dəhlizin 70 faizi tikilib. Lakin bir sıra digər tərəfdaşlar dəhlizin əhəmiyyətini və onun Orta dəhlizin bir hissəsi olmasının əhəmiyyətini tam dərk etmir və layihənin tamamlanmasını ləngidir, maneələr yaradır. Ümid edirik ki, avropalı və qərbli həmkarlarımızla birlikdə bütün tərəfləri dəhlizin əhəmiyyətinə inandıra biləcəyik. Ümid edirəm ki, bu dəhliz qısa müddətdə tikiləcək”, - deyə nazir vurğulayıb.
Ülviyyə Şahin