Jurnalist Ləman Ələşrəfqızı 7 yaşlı Fərid Bakarovun ölümündə anasının da “əli” olduğu iddiası ilə çıxış esib.
Ednews xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O, nələr görüb, nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşı 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm”.
Jurnalist qeyd edib ki, görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib.
“Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır”.
Qeyd edək ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib.
Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Aysel