“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Ednews xəbər verir ki, yarışmada iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 13-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.
Verilən xallar isə müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.
Aysel Şahmar