“İRƏLİ” İctimai Birliyi Ulu Öndərin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd etdi

Cəmiyyət 15:15 10.05.2023
 
“İRƏLİ” İctimai Birliyi müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini silsilə tədbirlərlə qeyd edib.
Təşkilatın Mətbuat xidmətindən Ednews-a bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışmış dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və onun əsasını qoyduğu müasir azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğindən ibarətdir.
 
Baş tutmuş tədbirlər çərçivəsində “İRƏLİ” İctimai Birliyinin kollektivi və üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
 
Qeyd olunub ki, təşkilat tərəfindən “100 ildən 1 an: böyük ömürdən örnəklər” adlı ümumrespublika esse müsabiqəsinə start verilib. Müsabiqə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti”, “Vətən müharibəsinə qazanılmış qələbədə Ulu Öndər ideyalarının rolu”, “Ümummilli Lider – Müstəqil Azərbaycanın qurucusu kimi” və “Heydər Əliyev və müasir azərbaycançılıq ideyası” olmaqla 4 müxtəlif istiqaməti əhatə edir.
 
132-134 nömrəli təhsil kompleksində “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. 150-dən çox gəncin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev Ulu Öndər Heydər Əliyevlə müxtəlif zamanlarda baş tutmuş görüşlərindən, eləcə də, müəllifi olduğu, Ümummilli Liderə həsr olunmuş sənədli filmlərindən söhbət açıb. Tədbirdə həmçinin təhsil kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirilib, səhnəciklər təqdim olunub.
 
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev, teatrın solistləri – əməkdar artist İnarə Babayeva və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə çıxışları zamanı Ümummilli Liderin mədəniyyət sahəsinə olan diqqət və qayğısı, habelə indiyədək istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işləri qeyd ediblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınması Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.
 
Tədbirlər planının davamında bir sıra təhsil müəssisələrində gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu, bədii qiraət müsabiqəsi, habelə həndbol yarışı keçirilib. 7 müxtəlif məkanda ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilən yarışlarda iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. 
Bildirilib ki, Ulu Öndərin anadan olmasının 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində “İRƏLİ” İctimai Birliyi tərəfindən paytaxt və bölgələrimizdə tədbirlərin icrası ilboyu davam etdiriləcək.
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı