Xəbər verdiyimiz kimi, minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycana səfəri davam edir.
Ednews xəbər verir ki, Heidi xanım ilkin olaraq Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlər tanış olub.
Qarabağa ikinci səfərindən bəhs edən Kühn Füzuli aeroportunu və Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə şahidlik etməyin xoş olduğunu bildirib.
“Üçüncü səfərimdə buranın tamamilə bərpa olunduğunu, minalardan təmizləndiyini görməyi arzu edirəm”, - deyə o əlavə edib.
Oğuz