Millət vəkili Könül Nurullayeva: “Şuşanın hər qarışında qələbəmizin izini görürük”

Cəmiyyət 11:34 12.05.2023

“Mədəniyyət paytaxtımız olan Şuşada artıq 3-cü Xarıbülbül festivalı keçirildi. Azərbaycan xalqı tarixi torpaqlarına  qayıtmaqla bu ərazilərə yeni nəfəs gətirib. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu festival bizim üçün qayıdış və ləyaqət bayramıdır. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir. Şəhərin hər qarışında millilik var. Bu şəhər hər daşında, hər qayasında Azərbaycan ruhunu qoruyub saxlayıb”.

Bu sözləri Ednews-a millət vəkili Könül Nurullayeva açıqlayıb. Onun sözlərinə görə, "Xarı bülbül" Beynəlxalq musiqi Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu. Biz son 3 ildir böyük qələbəmiz sayəsində bu ənənəni bərpa etdik. Xarıbülbül müsiqi festivalı ölkənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrilib.

“Hər il keçirilən ənənəvi Xarıbülbül festivalını, Vaqif poeziya günlərini keçirərkən şəhidlərimizin də ruhu şad olur. Azərbaycanın qəhrəman oğulları yalın əllə, əlbəyaxa döyüşlərlə Şuşanı düşmən tapdağından azad edib. Təsadüfi deyil ki, iki il əvvəl Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalı da böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.

Şuşada bizim bütün ənənələrimiz bərpa olunmaqla yanaşı, həm də burada müxtəlif mədəniyyətlərin dialoqu təşkil olunur. Xarıbülbül festivalı ilə bu ənənənin təməli qoyulub. Budəfəki festival da maraqlı məqamlarla yadda qaldı. Beynəlxalq ictimaiyyət qədim Azərbaycan şəhəri olan Şuşanın yenilənən simasını gördü. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərdi. Biz Şuşaya və ümumilikdə Qarabağa qayıtmaqla bölgəyə rifah gətirmişik. Bu gün Şuşadan, Cıdır düzündən yayılan musiqi sədaları müasir inkişaf standartını göstərir. Dövlət başçımızın da söylədiyi kimi, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik və sülh olur. Azərbaycan isə bu sülhün qarantı rolunda çıxış edir”.

Deputat xanım qeyd edib ki, son bir neçə ildə ölkəmizə gələn qonaqlar, ictimai-siyasi xadimlərin Şuşaya səfəri təşkil olunur. Biz artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərimizi Şuşada təşkil edirik. Xarici qonaqlar işğal dövründəki Şuşa ilə indiki Şuşa arasındakı fərqi görür,  bu tarixi torpağın əsl sahibləri tərəfindən dirçəldilməsinin şahidi olur. Şuşa həm də Türk dünyasının mədəniyyət paytaxtı kimi öz nüfuzunu möhkəmləndirir.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı şəhərdə aparılan abadlıq-quruculuq işlərinin yüksək səviyyədə davam etdiyinin şahidi olduq. Yeni açılışı olan Şuşadakı Yaradıcılıq Mərkəzinin hazırkı binası da ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtı ilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Şuşanın bütün abidələrini orijinal üslubda bərpa etməklə bir daha dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu sübut edirik. 3 əsrə yaxın yaşı olan Şuşa hər zaman Azərbaycana məxsus olub. Təsadüfi deyil ki, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından da su məhz azərbaycanlılar bu əraziyə qayıtdıqdan sonra gəldi. Artıq bu bulaqlar heç zaman qurumayacaq. Şuşanın hər qarışı canlanmaqdadır. Bu torpaqların həqiqi sahibləri bunu təmin edir. Bir sözlə, Şuşanın hər qarışında Azərbaycan mədəniyyətinin, tarixinin, eləcə də böyük Qələbəmizin izini, rəmzini görürük”.

Oğuz

 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı