Ucqar kənd məktəblərində dərs deyərsinizmi? Media nümayəndələrindən MARAQLI CAVABLAR - SORĞU

Cəmiyyət 15:00 18.05.2023
Jurnalist  Zülfiyyə Mustafayeva qeyd edib ki, müəllim çatışmazlığı olan ucqar kənd məktəblərində bəzi jurnalistlər könüllü şəkildə həftədə bir neçə dəfə dərs deməyə gedir. 
 
Bu maraqlı fikir ictimaiyyət arasında könüllü formada gələcək nəslin formalaşmasında addım atmağın zəruriliyini vurğulayır. Elə bu ideya ilə yola çıxaraq media nümayəndələri arasında sorğu keçirdik. 
 
Bəs, siz könüllü olaraq ucqar kəndlərə dərs deməyə zaman ayıra bilərsiniz?
 
Həmkarlarımızın bir-birindən maraqlı cavablarını təqdim edirik:
 
Ölkə.Az saytının siyasi jurnalisti Mürtəza Bünyadlı 
 
“Uşaqlar bizim gələcəyimizdir. Onlara faydası toxunan bu təşəbbüsü alqışlayıram. Düşünürəm ki, doğma yurdum olan Yardımlının ucqar kəndlərindən birinə dərs deməyə gedərəm. Müəllimlik şərəfli peşədir. Uşaqlarla ünsiyyət qurmaq, onların düşüncəsini öyrənmək maraqlı olardı. Şəhər məktəblisi ilə bölgə məktəbliləri, ucqarlarda doğulub böyüyən, yaşayan uşaqların həyata baxışında, maraqlarında, məşğuliyyətlərində sözsüz ki, fərqlər var. Bu, həm də onların psixologiyasına bələd olmaq üçün bir üsul ola bilər”. 
 
 
Bizim.Media-nın müxbiri Alçina Amilqızı
 
“Ucqar bölgə və kənd məktəblərində müəllim çatışmazlığı ilə bağlı problem illərdir həllini tapmır. Bu, bütün fənnlər üzrə belədir. Bəzən tarix müəllimi ədəbiyyatdan dərs keçir və ya əksinə. Dərs keçmək üçün göndərilən müəllimlərin bir hissəsi də müəyyən vaxtdan sonra geri qayıdır. Səbəb Elm və Təhsil Nazirliyinin stimullaşdırıcı tədbirlər görməməsidir. Dövlət qurumunun konkret strategiyası və hədəfi olmalıdır ki, gəncləri bölgələrdə müəllimlik etməyə həvəsləndirsin. Hər dəfə mövzu aktuallaşanda nazirlik bu istiqamətdə iş apardıqlarını bəyan edir. Amma ortada konkret nəticə yoxdur. Fakt odur ki, bu gün gənc müəllimlər ucqar kəndlərdə pedoqoji fəaliyyətlə məşğul olmağa həvəsli deyillər. Çünki gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların bütün problemlərinin həll edilməsi üçün əməli addımlar yoxdur. Kənd məktəblərində əmək fəaliyyətinə başlamaq üçün gənc mütəxəssislərə yol xərci, qalmaq üçün ev və ilkin yaşayış şəraitinin yaradılması kimi problemləri yoluna qoymaq üçün ən azı əməkhaqqının iki misli ödənməlidir. 
 
 
Qaldı ki, jurnalistlərin könüllü ucqar kənd məktəblərində dərs keçmək təşəbbüsünə, təqdirəlayiq fikirdir və alqışlayıram. Öz payıma deyirəm, böyük məmuniyyətlə könüllü olaraq hansısa ucqar kənd məktəbində Azərbaycan dili fənnini tədris edərəm. İbtidailərlə belə işləməkdən zövq alaram. Bu fəaliyyət daimi olmaya bilər. Çünki faktiki iş fəaliyyətimə mane olacaq. Amma növbəlilik prinsipi ilə, həftədə bir və ya iki, yaxud ayda 5-8 dəfə bildiklərimi məktəblilərlə bölüşərəm. Yeni mühit və ortamda şagirdlərin qarşısına çıxaraq, daha fərqli metodika ilə bacarıqlarımı aşılaya bilərəm. Təbii ki, aidiyyəti qurum da bu istiqamətdə dəstəkləyici addım atsa pis olmaz”.
 
Sfera.Az xəbər portalının gənc jurnalisti Əzizə Zeynal
 
"Bildiyiniz kimi, Azərbaycan təhsil sistemində kurikulum nəzəriyyəsi var. Bu mənada mən və məndən yaşda böyük olan həmkarlarıma bu sistem yaddır. Ona görə yeni standartlarla təşkil olunan tədrisə xüsusi töhfə verə biləcəyimi düşünmürəm. Bundan əlavə, müəllimlik geniş anlayışdır, müəllim kimi fəaliyyət göstərmək üçün praktika, nəzəriyyə lazımdır. Əks halda müəllim çatışmazlığını aradan qaldırmaq məqsədilə qeyri-ixtisas üzrə təhsil alanların bu sahədə çalışmağına şərait yaradardılar. Yaxşısı odur ki, ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün həmin istiqamətlərdə çalışacaq şəxslərə universal şərait yaradılsın, müəyyən güzəştlər, yaxud aylıq maaşa əlavələr etməklə müvafiq ixtisaslı gəncləri həmin istiqamətlərdə çalışmağa təşviq etsinlər. Mən isə öz növbəmdə sadəcə məktəblilərə dərslərində müəyyən köməklik edə bilərəm. Nizami Gəncəvi də bu xüsusda yaxşı yazıb: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".
 
 
Lent.az-ın müxbiri Fidan İlqar 
 
“Öncə onu qeyd etmək istəyirəm ki, bildiyini kimlərəsə öyrətmək, öyrəndiyini kimlərəsə çatdırmaq çox gözəl bir haldır. Hələ ki, bu ucqar bölgələrdə təhsilə həvəsi olan insanlara qarşı edilirsə, mənim üçün daha da önəmlidir. Əlbəttə, mən də bildiyim fənni öyrətmək istəyərəm. Bu istəyim tək fənlər üzərində deyil, eyni zamanda, işlədiyim ixtisasıma da aiddir. Jurnalistika sahəsində hələ də öyrənməyə davam etdiyim halda, öyrəndiklərimi məndən sonra gələn tələbələrə çatdırmaq mənə görə xoş bir addımdır. 
 
Ucqar rayonlarda dərs demək mövzusuna gəldikdə isə, öncə bu çatışmazlıq nazirlik tərəfindən ciddi nəzarətə götürülməli və qarşısı alınmalıdır. Çünki araşdırsaq görərik ki, neçə-neçə ucqar rayonlarımızda məktəb yaşını keçmiş yeniyetmələr, gənclər var ki, hərfləri belə tanımır. Bu, ölkəmizin gələcəyi üçün çox ciddi məsələdir. 
 
Son olaraq, həmkarım Coşqun Eldaroğlunun ucqar rayonlardan birində uzun müddətdir şagirdlərə dərs deməsini isə çox yüksək səviyyədə qiymətləndirib, dəstəkləyirəm. Belə bir təşəbbüs olsa, mən özüm də sevə-sevə bildiklərimi çatdırmağa hazıram”.
 
 
APA İnformasiya Agentliyinin müxbiri Nihat Pir 
 
“Məncə, çox absurd bir situasiyadır. Məktəbdə həmin fənn üzrə ixtisaslaşmayan bir adam necə gedib dərs deyə bilər ki? Olursa, bu fəlakətdir. Bu qədər universitet hər il minlərlə pedaqoq yetişdirir, onlar haradadır? Niyə onlar həmin məktəblərdə işləmirlər ki? 
 
Mən Azərbaycan dili, ədəbiyyat və tarix üzrə özümə yüksək səviyyədə güvənirəm. Amma qətiyyən sinfə girmərəm, şagird qarşısına çıxmaram. Elə bir situasiya yaranar ki, şagird yerdən sual verər və mən onu bilmərəm. Yəni müəllim olaraq bilmərəm. Bundan böyük fəlakət ola bilməz. Müəllimlik könüllü olmur, müəllim yetişir və müəllimlik edir”.
 
 
Ednews.net saytının müxbiri Aysel Şahmar 
 
“Kiməsə, əsasən də uşaqlara nəysə öyrətmək istəyiriksə, mütləq həmin sahənin peşəkarı olmalıyıq. Çünki uşaqlara göstərdiyimiz hər bir yol onların gələcəyinə, istəklərinə, arzularına və ən əsası xəyallarına toxuna bilər. Bir sahəni yaxşı bilmək onu tədris edə bilmək mənasına gəlmir. Təhsil vermək onu almaq qədər çətindir. Buna görə də kiməsə təhsil verə biləcəyimi düşünmürəm. Lakin uşaqlarda təhsilə, oxumağa həvəsi artıra bilərik. Asudə vaxtlarını maraqlı keçirməyi, intellektual oyunlar oynamağı, yaşadıqları yerdən zövq almağı öyrədə bilərik. Eyni zamanda, ucqar kəndlərdə yaşayan uşaqlara mütaliəni sevdirmək lazımdır. Onlarla birlikdə xalq mahnılarımızı dinləyə, hansısa aktyor, yazıçı, şair, bəstəkar, müğənni haqqında araşdırma edə bilərik.  Məncə, pedaqoq olmayan biri yalnız uşaqlarla birlikdə öyrənmək üçün nələrsə etməlidir, onlara nəsə öyrətməkçün yox”.
 
 
Report.az xəbər agentliyinin müxbiri Gülçin Cəmil 
 
Yaxşı təşəbbüsdür. Lakin hər kəsin öz ixtisası var. Könüllü şəkildə kənd məktəbində gedib dərs demək istəyərəm, amma mən və mənim kimi bu işə razı olan jurnalist həmkarlarımın dərs deyəcəyi fənn üzrə biliyi mütləq şəkildə bu işin mütəxəssisləri tərəfindən yoxlanılmalıdır.  Məsələn, bir jurnalist Azərbaycan dilini və ya riyaziyyatı bildiyini iddia edə bilər, nə məlumdur həmin fənn üzrə onu tədris edəcək qədər biliklərə sahib olduğu? Müəllimlik dərin bilik, ali təhsil və pedaqoji təcrübə tələb edir. Dərs demək yox, müəyyən seminarlar keçirmək, bəzi fənlər üzrə bilikləri paylaşmaq olar”.
 
 
ATV telekanalının aparıcısı Sənan Şəfizadə 
 
“Tanıdığım həmkarlarımdan bildiyim qədər, Coşqun Eldaroğlu kənd məktəbində dərs deyir. Videosunu görəndə də çox duyğulandım. Düzünü desəm, bu, şərəfli olduğu qədər, həm də məsuliyyətli bir işdir. Son illərin nəticəsi göstəriri ki, bölgələrdə ucqar kəndlərdə uşaqlar oxumağa daha çox həvəslidirlər. Çünki başqa məşğuliyyətləri yoxdur. Ali məktəblərə qəbul imtahanlarında da onlar daha çox bal toplayırlar. Vaxtım olsa, əlbəttə, mən də istəyərəm ki, gedim kəndlərdə yaşayan uşaqlarımıza dərs deyim, bildiklərimi bölüşüb, onların savadlı bir gənc kimi yetişməsinə töhfə verim. Hər həftə olmasa da, ayda bir neçə dəfə bunu etməyə hazıram. Təbii ki, öz iş qrafikimə uyğun olaraq. Master klaslar keçirmək olar. Ancaq yaxşı olar ki, bu, sistemli şəkildə olsun. Mən yəqin ki, humanitar fənləri seçərdim. Ancaq araşdırmaq lazımdır ki, kənd məktəbliləri hansı fənlərə daha çox maraq göstərir. Bəlkə onların arasında yazıçılıqla, yaradıcı fəaliyyətlə məşğul olmaq istəyənlər var. Niyə də aşağı yaşlardan bu marağının arxasıyca düşməsin?!”
 
 
“Şərq” qəzetinin müxbiri Şəymən Bayramova 
 
“Müəllim çatışmazlığı olan məktəblərdə dərs deyən və ya bu istəkdə olan həmkarlarımı alqışlayıram. Müsbət bir addımdır və inanıram ki, öz effektini verəcək. Elə kənd məktəbi var ki, orada hansısa fənn üzrə dərs deyə biləcək cəmi bir-iki müəllim var. Belə olduğu halda da siniflərdə şagirdlərin sayı çoxalır, dərslər effektsiz olur. Özümə gəldikdə isə, doğrusu, belə bir fikrim yoxdur. Niyəsini soruşsanız, etiraf edim ki, uşaqlıqdan bəri müəllim olmaq kimi bir fikrim, arzum olmayıb. Mənə elə gəlir ki, heç vaxt müəllim ola bilmərəm, auditoruyada, sinifdə şagirdlər qarşısında çıxış etməyə, dərs deməyə, ümumiyyətlə onlara nəsə öyrətməyə səbrim çatmaz. Çox çətin peşədir. Nail olduğumuz hər şeyə görə müəllimlərimizə borcluyuq. Amma bunu bacaracağımı düşünmürəm. Hər uşaq fərqlidir, qavrama qabiliyyəti də eyni deyil. Özüm uşaqkən çalışmışam müəllimlərimi incitməyim, hətta başa düşmədiyim bir mövzu olanda belə onu təkrar-təkrar soruşmağa utanmışam. Gəlib evdə özüm oxumuşam. Könüllü şəkildə bölgələrdə dərs deyən həmkarlarıma uğurlar arzu edirəm”. 
 
 
Ednews.net saytının redaktoru Oğuz Ayvaz 
 
“Təbiəti sevirəm. Qərb zonası gözəldir. Zəruri xərclərim qarşılanacağı təqdirdə həftədə bir-iki dəfə vaxtımı ayırıb kənd yerlərinə dərs deməyə üz tuta bilərəm. Uşaqlarla vaxt keçirmək maraqlı ola bilər. Təəssüf ki, hazırda maddi vəziyyətim bu işi könüllü şəkildə etməyə imkan vermir”.
 
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı