Havaların soyuq keçməsi piştaxtalarda “əl yandıracaq”mı? Təsərrüfat sahibləri ŞİKAYƏT EDİR

Cəmiyyət 17:30 18.05.2023

Son günlər paytaxda və bölgələrimizdə qeyri-sabit hava şəraiti hökm sürür. Bu da əkin sahələrinə ciddi təsir edir. Belə havaların keçməsi meyvə-tərəvəz qıtlığına gətirib çıxara bilərmi? Belə olduğu təqdirdə bazarlarda bahalaşma müşahidə olunacaq.

Məsələ ilə bağlı Ednews-a Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Elmar Allahverdiyev qeyd edib ki, hazırki mövsüm dövründə qeyri-sabit hava şəraiti müşahidə edilir.

“Mövsümə xarakterik olmayan hava şəraiti kənd təsəfürratı bitkilərinə, bitkiçilik sahəsinə təsir edə bilir. Lakin son günlərdə olan hava şəraiti qısa xarakterlidir. Geniş miqyaslı deyil. Kiçik lokal olduğundan elə də bitkilərə təsir göstərmir. Yaz dövründə bitkiçilik sahəsində regizatizaya ilkin dövrüdür. Bu zaman deyən  zərərlər ciddi fəsadlara yol aça bilər. Lakin hazırki hava şəraiti ciddi fəsadlar yaratmayıb. Bu da meyvə-tərəvəz qıtlığın gətirib, çıxara bilməz. Ölkəmizdə həm mövsüm, həm də qeyri-mövrüm dövründə də istixana şəraitində tərəvəzlər istehsal olunur. Bu da qıtlığın olmayacağı deməkdir”.

Quba sakini Manafova Mehparə bildirib ki, Qonaqkənd kəndində hava çox soyuq keçir.

“Neçə gündür yağış yağır. Hətta qar yağan ərazilərimizdə var. Bu havalar isə əsasən, gilas, alça və ərik ağaclarına təsir edir. Təzə açılmış güllərini ya yağış yuyub aparır, ya da külək. Ümumiyyətlə, neçə ildə ilk dəfədir görürük ki, mayda qar yağsın. Bağa palçıqdan girmək olmur. Nə qədər meyvə-tərəvəz, göy-göyərti ziyan olub. Hətta dünən qabda toyuq-cücə üçün həyətə su qoymuşdum. Səhər suyu təzələmək üçün gedəndə gördüm ki, su donub. Belə havaların keçməsi təsərrüfatımıza təsir edir”.

Şəmkir sakini Qara Möjlümov ötən il quraqlıq olduğu üçün çox qıtlıq olduğunu vurğulayıb:

“Şəmkirdə ciddi su problemi var. Bu problem keçən il də var idi, bu il də davam edir. Məsələn deyə bilərəm ki, moruq ən çox su tələb edən giləmeyvədir. Ötən il suyun az olmasına görə, moruqlar çox balaca və az idi. Bu ildə havaların dəyişkənliyi yəqin ki, bağa-bostana təsir edir.  Məhsulların keyfiyyəti ötən illərə nisbətdə zəifdir”.

Xaçmaz sakini Aygün Abdullayevanın sözlərinə görə isə aqrotexniki qaydalara düzgün riayət olunubsa, havaların belə keçməsi məhsullara çox ziyan verə bilməz.

“Məsələn fındıq bağında hələki bir problem görünmür, normal məhsul götürmək olacaq. Bizim rayon Xaçmaz rayonudur, düzdür, duman yağıntı çox oldu. Daha çox gilas, albalı ağaclarına mənfi təsiri oldu. Amma şimal bölgəsinin dağlıq rayonlarındakı bağlara daha çox zərər dəyib. Şaftalı bağlarında bizim rayonda hazırda ən  geniş yayılmış xəstəlik yarpaq qıvrılmasıdır. Bu xəstəliyin qarşısını almaq üçün payız və yaz aylarında düzgün dərmanlama (bordo, xorus, skor preparatlarından) aparılmalıdır. Məlum məsələdirki, bəzi preparatlar baha olduğu üçün bağbanlar vaxtında bağlara düzgün dərmanlama  işlərini apara bilmirlər. Öz bağımdakı ağaclara görə deyə bilərəmki, indiki vəziyyətlərinə görə fındıq və şaftalıdan normal məhsul götürmək olacaq”.

Astara sakini Elman Şəmszadə isə havaların yağışlı olmasından gileylənib:

“Yağışlı havalar həm canımıza, həm də malımıza ziyan vurur. Çaxan şimşək və yağışdan həyət-bacaya çıxmaq olmur. Ötən günlərdə çaxan şimşək istixanlarada təsir edib. Həm bağdakı ağacların gülləri, həm də ki meyvələrin gülləri yağışdan yuyulub, gedib. Bu yağışlara hazırlıqsız tutulduq”.

 

Aysel Şahmar

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı