Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ednews bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 13 yaşlı Turqut Səfərov münaqişə zəminində 36 yaşlı Nurin Abbasovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan N.Abbasov xəstəxanaya yerləşdirilib.