Pulu gətir sənədini al! - Bələdiyyələrin verdiyi kağız parçalarına niyə nəzarət olunmur? - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Pulu gətir sənədini al! - Bələdiyyələrin verdiyi kağız parçalarına niyə nəzarət olunmur?

Cəmiyyət A- A A+
Bələdiyyələrin verdiyi saxta sənədlər torpaq və həyət evi sahiblərinin kabusuna çevrilib. 
 
Ednews xəbər verir ki, Bakı şəhəri və Abşeron rayon ərazisində bələdiyyələr tərəfindən kütləvi şəkildə vətəndaşlara saxta sənədlər verilib. Mülk sahibləri bələdiyyələrin verdiyi sənədlə əmlaklarını özəlləşdirə bilmir. Aidiyyatı qurumlar isə bələdiyyə sənədlərini tanımır və keçərsiz hesab edir. Bələdiyyə sənədi ilə ev sahibi olduğunu düşünən vətəndaşların sayı çoxdur. Xüsusən də əmlaka zərər vuran bədbəxt hadisələr və sənədləşmələr zamanı kağız parçasından seçilməyən bu “sənəd”lər vətəndaşları çıxılmaz vəziyyətə salır.
 
Problemə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Ednews-a açıqlamasında bildirib ki, bələdiyyələrin daşınmaz əmlakla bağlı qərar vermək hüququ yoxdur:
 
“Daşınmaz əmlakın qeydiyyatı istiqamətində mərkəzi icra hakimiyyəti orqanının fəaliyyətini həyata keçirən qurum Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsidir. İlkin sənədlər qaydasındadırsa, vətəndaşlar sənədləşmə ilə bağlı dediyim quruma müraciət etməlidir. Bələdiyyələr Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə hərraca çıxarılan və bələdiyyə fonduna aid olan bələdiyyə mülkiyyətindəki torpaqların satışını həyata keçirə bilər, onun üzərində sərəncam vermək hüququ var. Bələdiyyələrin əmlakın özəlləşdirilməsi ilə bağlı vətəndaşlara verdikləri sənədlər qeyri-qanunidir, bununla bağlı məhkəməyə müraciət edilə bilər”.
 
 
Törə Zeynal


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...