Qırmızı kitabda Naxçıvana xüsusi yer verildi - Açıqlama - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Qırmızı kitabda Naxçıvana xüsusi yer verildi - Açıqlama

Cəmiyyət A- A A+
"Qırmızı kitabın" III nəşrində Naxçıvanın flora və faunası daha geniş təsvir edilib".
 
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
 
“Təbii ki, digər nəşrlərdə də Naxçıvanın təbiəti təsvir edilib. Yeni nəşrdə isə daha geniş yer verilib. "Qırmızı kitab"ın üçüncü nəşri Türkiyədə çapdan çıxıb. Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, çəhrayı siyahıda olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub”, - o qeyd edib.
 
Qeyd edək ki, iki cilddə olan "Qırmızı kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.
 
Aysel Şahmar


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...