Türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb. O, bildirib ki, Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7.5 bala qədər olma ehtimalı var. Akademik öz fikirlərini Azərbaycanın seysmoaktiv zonada yerləşdiyi ilə izah edib.
Məsələ ilə bağlı seysmoloq Vüsalə Rafiqqızı Ednews-a açıqlamasında bildirib ki, seysmologiya elə bil elmdir ki, burada dəqiq proqnoz vermək mümkün deyil.
“Mütləq mühitin coğrafi quruluşunu bilmək lazımdır. Ötən aylarda qardaş ölkə Türkiyədə baş verən zəlzələlər bizim ölkəyə çox ciddi təsir etdi. Psixoloji baxımdan insanlar gərgin idi. Amma onda da dedik ki, bizim ölkə üçün narahatlıq yoxdur. Seysmologiya elmində dəqiq proqnoz yoxdur. Lakin seysmik bölgələr var. Bölgələrə nəzarət edilir və harada seysmik aktivləşmə olarsa diqqətdə saxlanılır. Azərbaycan ərazisində zəlzələni bilmək üçün əvvəlcə tətbiq etmək lazımdır”.
Aysel Şahmar