Bu gün Ağdamda “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilir.
Ednews xəbər verir ki, konfrans Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birgə həyata keçirilir.
Konfransda ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Beynəlxalq Avrasiya Mətbuat Fonudunun prezidenti Umud Mirzəyev, bir sıra media nümyandələri də iştirak edir.
Qeyd edək ki, bu ilin 24-26 may tarixlərində Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilir.