Bakıda II Beynəlxalq humanitar mina fəaliyyəti konfransı keçirilir - VİDEO - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Bakıda II Beynəlxalq humanitar mina fəaliyyəti konfransı keçirilir - VİDEO

Cəmiyyət A- A A+
 
Bu gün Bakıda “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans öz işinə başlayıb.
 
Ednews xəbər verir ki, konfrans Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birgə həyata keçirilir. 
 
Konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov,  Beynəlxalq Avrasiya Mətbuat Fonudunun prezidenti Umud Mirzəyev, digər dövlət rəsmiləri və bir sıra media nümyandələri də iştirak ediblər. Həmçinin, BAMF-ın tərəfdaşı "Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciət ünvanlayıb. 
 
Qeyd edək ki, bu ilin 24-26 may tarixlərində Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...