Azərbaycanda seçicilərin sayı AÇIQLANDI - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanda seçicilərin sayı AÇIQLANDI

Cəmiyyət A- A A+
Azərbaycanda seçicilərin sayı açıqlanıb. 
Ednews  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. 
 
O bildirib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. 
 
“Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%)”, - o bildirib. 
 
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...